Xaçaturyan prezident seçilmədi - Yetərsay olmadı

saytların hazırlanması

Evə çatdırılma

Xaçaturyan prezident seçilmədi - Yetərsay olmadı

Rəsmi

03 Mart 2022 10:54 561


Ermənistan Milli Məclisində gizli səsvermə yolu ilə keçirilən səsvermənin ilk turunda yeganə namizəd Vahan Xaçaturyanı prezident seçilməyib.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, səsvermədə 69 deputat iştirak edib. Xaçaturyanın lehinə 69 səs verib.

Prezident seçkiləri üçün birinci turda 81 səs lazımdır, lakin Milli məclisdə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən deputatların sayı o qədər deyil. Hakim partiyanı Milli Məclisdə 71 deputat təmsil edir. pizza mizza

Qeyd edək ki, müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları prezident seçkiləri ilə bağlı məsələnin müzakirəsində iştirak etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!