Xaçaturyan: Yolların blokadadan çıxarılması vacibdir

saytların hazırlanması

Evə çatdırılma

Xaçaturyan: Yolların blokadadan çıxarılması vacibdir

Dünya

07 Aprel 2025 16:49 225


Cənubi Qafqazda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında bütün regional infrastrukturların blokadadan çıxarılması malların və vətəndaşların hərəkəti üçün unikal imkanlar yaradacaq.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bubu Ermənistan prezidenti Vahan Xaçaturyan deyib.

O, Əbu-Dabidə keçirilən İllik beynəlxalq investisiya Forumunda çıxışı zamanı qeyd edib:  pizza

"Ölkəmiz sülh gündəminə sadiq qalır ki, bunun da mühüm hissəsi Ermənistan hökumətinin təşəbbüsü olan regionda sülhün bərqərar olmasına və iqtisadi əlaqələrin inkişafına kömək etməyə yönəlmiş “Sülh kəsişməsi” layihəsidir. 

Layihənin əsas ideyası kommunikasiyaları inkişaf etdirməkdir. Cənubi Qafqazda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında bütün regional infrastrukturların blokadadan çıxarılması malların və vətəndaşların hərəkəti üçün unikal imkanlar yaradacaq.

Əminəm ki, regionda sülhə alternativ yoxdur. Üstəlik, Cənubi Qafqaz qapalı sərhədləri olmayan regiona çevrilməlidir”, - Xaçaturyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!