Xaçmaz sakini həmkəndlisini bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmaz sakini həmkəndlisini bıçaqladı

Kriminal

07 Avqust 2021 14:54 996


Avqustun 6-sı Xaçmaz rayon, Qusarçay kənd sakini Sahib Cəbrayılovun çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Nizami Baxışov kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Dominos pizza

Nizami Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!