Xaçmaz sakini qaynını güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Xaçmaz sakini qaynını güllələdi

Kriminal

19 Aprel 2020 15:56 1545


Xaçmazda güllələnmə hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Ağtala kəndində qeydə alınıb.

İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini Fazil Quliyev həyat yoldaşı ilə mübahisə edib. pizza sifarişi

Onların səs-küyünü eşidən F.Quliyevin qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev ərlə arvadı sakitləşdirmək istəyib.

Bundan daha da əsəbləşən F.Quliyev ov tüfəngindən atəş açaraq M.Allahverdiyevə xəsarət yetirib.

M.Allahverdiyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırın deşilmiş, cırılmış yarası diaqnozu qoyulub.

Fazil Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!