Xaçmazda 1,5 milyon manatlıq iş görüləcək

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda 1,5 milyon manatlıq iş görüləcək

Sosial

20 May 2025 10:43 213


Xaçmaz Rayon İcra Hakimiyyəti 2025-ci ildə rayonda genişmiqyaslı abadlıq işlərinin görülməsi üçün tender elan edib.

Yenisabah.az xəbər verir ki, elanda qeyd olunub ki, ümumi işlərin dəyəri təxminən 1 milyon 536 min manat təşkil edir.

Abadlıq işləri əsasən Xudat şəhərində, Heydər Əliyev prospektində yerləşən parkı əhatə edəcək. Burada işıq dirəklərinin, heykəllərin, zibil qablarının, skamyaların və tamet örtüklərinin təmiri nəzərdə tutulur. Bununla yanaşı, müxtəlif tikinti və təmir işləri də aparılacaq. Toyuqlu pizza

Qeyd edək ki, bu layihənin məqsədi şəhər infrastrukturunun yenilənməsi və sakinlər üçün daha komfortlu mühitin yaradılmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!