Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız