Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində “QAZel” və “VAZ-21115” markalı avtomobillər toqquşub.
Yenisabah.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır. Sezar pizza
Telegram kanalımız