Xaçmazda anasını balta ilə qətlə yetirən şəxs tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda anasını balta ilə qətlə yetirən şəxs tutuldu - Foto

Kriminal

29 Yanvar 2022 23:44 1023


Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır.

Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir. Yanvarın 29-da Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!