Xaçmazda avtomobil ağaca çırpıldı:   Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda avtomobil ağaca çırpıldı: Ölən və yaralanan var

Hadisə

16 Fevral 2025 21:35 306


Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb. pizza mizza

Nəticə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!