Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - Fotolar

Kriminal

05 Dekabr 2020 11:39 1035


Xaçmaz rayonunda evlərdə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir oyun zalından iki ədəd televizor, iki ədəd rəqəmsal oyun avadanlığı, bir ədəd mobil telefon, qızıl-zinət əşyaları və bir ədəd notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb.

 Dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. pizza mizza

N.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində törətdiyi daha altı oğurluq faktının da üstü açılıb.

Saxlanılan şəxs qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir qismini dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların əksəriyyəti isə maddi sübut kimi götürülüb.

N.Əliyev barəsində Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!