Xaçmazda göldə meyit tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda göldə meyit tapıldı

Hadisə

25 Yanvar 2025 17:56 196


Xaçmaz rayonunun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki kiçik göldə kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, cəsədin Xaçmaz rayonunun Ağyazı kənd sakini 39 yaşlı Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu məlum olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. İlkin məlumata görə, ölən şəxs sərxoş vəziyyətdə bağ sahəsinə hasardan aşaraq daxil olub, daha sonra gölə düşüb. pizza mizza

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!