Xaçmazda güclü yağış fəsadlara səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda güclü yağış fəsadlara səbəb oldu

Hadisə

03 Oktyabr 2023 19:59 613


Xaçmazda güclü yağış fəsadlara səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, güclü yağış nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyi bildirilir.

Xaçmaz Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, hazırda rayonda müşahidə olunan güclü yağışla əlaqədar 10 kilovoltluq yüksək gərginlikli elektrik xəttində qəza olub. Nəticədə Nərəcan, Uzunoba, Əhmədoba, Qaracəlli, Müşkür və s. kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dördpendirli pizza

Qəza briqadaları əraziyə cəlb edilib, yaşayış məntəqələrinə enerjinin verilişini bərpa etmək üçün işlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!