Xaçmazda istehsalat qəzası: İşçi altı metr hündürlükdən yıxıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda istehsalat qəzası: İşçi altı metr hündürlükdən yıxıldı - Fotolar

Hadisə

17 Yanvar 2026 22:34 494


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ramin Əlisahib oğlu Ağabalayev istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb. pizza hut

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!