Xaçmazda keçmiş məhbus qonşusunu qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda keçmiş məhbus qonşusunu qətlə yetirdi

Kriminal

22 Aprel 2020 19:17 825


Xaçmazda qətl hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Xaçmazın Dağıstan küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan 1978-ci il təvəllüdlü Sadıqov Ceyhun Xanlar oğlu qonşusu, 1973-cü il təvəllüdlü Məmmədov Kamran Müslümoviçi bıçaqla qətlə yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib. pizza

Xaçmaz RPŞ tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Ceyhun Sadıqov saxlanılıb. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, Ceyhun Sadıqov bundan əvvəl də məhkumluq həyatı keçirib.

Fakla əlaqədar olaraq cinayət işi açılıb, araşdırmalar aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!