Xaçmazda narkotik yetişdirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda narkotik yetişdirən şəxs saxlanıldı

Kriminal

17 İyul 2022 13:05 841


Xaçmazda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli bilinən rayon sakini Elman Çobanovdur.

Onun rayonun İdrisoba kəndində həyətyanı sahəsində dibçəklərdə əkib yetişdirdiyi 34 ədəd yaş vəziyyətdə  əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb. Dominos pizza

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Çobanovun barəsində həbs qətimkan tədbiri seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!