Xaçmazda oğul anasını baltaladı

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda oğul anasını baltaladı

Kriminal

14 Yanvar 2022 09:46 795


Xaçmazda oğlu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Əzizli kəndində qeydə alınıb. pizza sifarişi

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində törədib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!