Xaçmazda qadın dəm qazından öldü

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda qadın dəm qazından öldü

Hadisə

13 Dekabr 2021 23:35 582


Xaçmazda yerli sakin dəm qazından zəhərlənərək ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə Müxtədir qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Ceyran Həsən qızı Qədirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Hadisə yerinə Xudat şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. pizza hut

C.Qədirovanın meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!