Xaçmazda qəza: Xəstəxanaya aparılan sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda qəza: Xəstəxanaya aparılan sürücü öldü

Hadisə

21 Yanvar 2025 15:02 242


Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

Yenisabah.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, magistralın Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Emil Babayevin idarə etdiyi "İVECO" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük maşını ilə toqquşub. Toyuqlu pizza

Nəticədə "Ford"un sürücüsü, 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN əməkdaşları onu maşından çıxarıb təcili tibbi yardım briqadasına təhvil verib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilsə də, o, yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!