Xaçmazda “Şaka” ləqəbli narkobaron tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda “Şaka” ləqəbli narkobaron tutuldu - Foto

Kriminal

13 May 2021 11:42 1235


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, şöbə əməkdaşları tərəfindən axşam saatlarında keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.  Dominos pizza

Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib. 

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, Ş.Balamətov Xaçmazda "Şaka” ləqəbi ilə tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!