Xaçmazda üç qız itkin düşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda üç qız itkin düşdü - Fotolar

Hadisə

18 Dekabr 2021 15:14 915


Xaçmaz rayonunda üç qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova dekabr ayının 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. K.Kərimovanın boyu 149 santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.

Bundan başqa, rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr ayının 27-də  yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb. H.Seyidovanın boyu 165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub. pizza

Həmçinin, rayon sakini 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr ayının 27-də  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. R.Çələbiyevanın boyu 156 santimetr, arıq bədən quruluşludur. Evdən gedərkən onun əynində qara köynək, qara şalvar olub. 

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan, görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!