Xaçmazda zəncirvari qəzada azyaşlı öldü

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda zəncirvari qəzada azyaşlı öldü

Hadisə

21 Noyabr 2024 17:58 600


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Xaçmazda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, bu gün saat 16:30 radələrində Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayon sakini Əmirbəyov Kamil Rafik oğlunun idarə etdiyi “MİTSUBİSHİ” markalı, 27-BJ-625 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayon sakini Soltanov Feyruz Sudef oğlunun idarə etdiyi “FORD TRANİT” markalı, 77-SP-975 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “FORD” markalı avtomobildə olan sərnişin- azyaşlı Vəliyev Ramal Hikmət oğlu hadisə yerində həlak olub, digər avtomobildə olan sərnişin Dəmirov Fərhad Ağamurad oğlu isə xəsarət alıb. Sezar pizza

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!