Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
Azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər: Dominos pizza
"Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polislə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə geliblər".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəfaktla bağlı araşdırma aparır:
"Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq mühafizə orqanlarının əməkdaşları baxış həyata keçirir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaqdır".
Telegram kanalımız