Xalq artisti Ənvər Həsənovun son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Ənvər Həsənovun son durumu açıqlandı

Mədəniyyət

19 Yanvar 2025 18:25 594


Xalq artisti Ənvər Həsənov insult keçirib.

Bu barədə "Report"a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır: pizza hut

“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!