Xalq artisti gənc aktyorların ehtiyaclarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti gənc aktyorların ehtiyaclarından danışdı

Şou

03 İyul 2023 15:56 966


Xalq artisti Afaq Bəşirqızı aktyorlara verilən qonorarlardan gileylənib.

Yenisabah.az xəbər verir ki, aktrisa bu haqda ARB telekanalında yayımlanan "Maqazin plyus" verilişinə açıqlamasında danışıb:

"Elə dövrdə yaşamışıq ki, vicdanlı, istedadlı adamların əlinə düşmüşük: kinorejissorların, teatr rejissorlarının. Bilmişik ki, işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara nə sanbalını, nə adını saxlamağa imkan verirlər. Axı bu aktyorların da uşaqları, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu, hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, nəyə görə çəkdiyim filmim uğurlu olmadı? Bütün bunların hamısı bu məsələyə görə doğur. Haramlıqda heç zaman bərəkət yoxdur. Toyuqlu pizza

Aktyorlar çox işləyirlər. Nə qədər ssenari çətin olsa, aktyorlar çalışırlar ki, özləri nəsə bir şey yaratsınlar. Eyni zamanda, izlənilərək çörək pulu əldə edə bilsinlər. Aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır. Yaradıcı insanları qınamayın. Onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar. Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!