Xalq artisti: “İncə bədənimlə kişi kimi savaşıram” -   Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: “İncə bədənimlə kişi kimi savaşıram” - Video

Şou

04 May 2021 12:11 1065


“Atamın ağır xasiyyəti olub. Təhsil almağımıza icazə verməyib ki, qız uşağı tək qala bilməz. Bakıya gəlib oxumağımızı istəmirdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Xəzər" telekanalında yayımlanan “Evdəkilərə salam” proqramında qonaq olarkən deyib.

55 yaşlı sənətçi qadın kimi xoşbəxt olmadığını etiraf edib: Dördpendirli pizza

“Ailədə üç qız övladı olmuşuq. Məni dünyaya gətirmək istəməyiblər. Dünyaya gəldikdən sonra mələyə bənzəmişəm, buna görə də atam adımı Məleykə qoyub. Daha sonra qardaşım dünyaya gəldi, lakin qısa müddət sonra vəfat etdi. Atamın ağır xasiyyəti olub. Təhsil almağımıza icazə verməyib ki, qız uşağı tək qala bilməz. Bakıya gəlib oxumağımızı istəmirdi. İndi incə bədənimlə kişi kimi savaşıram. Bir vaxt gələcək, qızım məni xoşbəxt edəcək. Qadın kimi yox, aktrisa kimi xoşbəxtəm. Həyatda çox əziyyət çəkmişəm, hər şeyin arxasınca özüm qaçmışam”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!