Xalq artisti Nisə Qasımova yıxılıb və ayaqları zədələnib.
Yenisabah.az xəbər verir ki, müğənni bu haqda ARB telekanalında yayımlanan"Heç vaxt, heç yerdə" proqramında qonaq olarkən danışıb.
"Bu yaxınlarda yıxıldım. Ayağımın biri sınıb, biri əzilib. İndi şişdir. Yeriyə bilmirəm". Toyuqlu pizza
Xanım sənətçi uzun müddətdir efirlərə çıxmamağının səbəbinin xərçəng olduğunu etiraf edib:
"Xəstəxanaya müayinəyə tam başqa bir xəstəlik üçün getmişdim. Həkimlər dedi ki, bunu da yoxlamalıyıq. Mənə dedilər ki, səndə bədxassəli xərçəng var. Əməliyyat olundum. Demişdim, heç vaxt heç yerdə deməyəcəm".
Telegram kanalımız