“Mən yalnız AzTV, Mədəniyyət və İctimai televiziyanın efirinə çıxıram”.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu Xalq artisti İlham Namiq Kamal “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.
O bildirib: "Kanallar var ki, məni orada yalnız bir veriliş maraqlandıra bilər və ora gedə bilərəm. İnsan illərlə hörmət qazanır. Amma o verilişlərə çıxaraq o hörməti bir anın içində itirə bilərsən. Niyə ora gedim və hörmətimi itirim? Müəyyən sosial verilişlər var ki, həmkarlarım orada iştirak edirlər. Baxıb görürəm ki, onlar da qoşulublar o verilişə gələn insanlara. Fikirləşirəm ki, həmin sənət adamının yiyəsi, övladı, əri yoxdur ki, desin, ana, sən o verilişə niyə getmisən? Ayıb deyil?!” pizza
Telegram kanalımız