Xalq artisti “od püskürdü”:   “Tüpürüm sizin əqidənizə, vicdanınıza!”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti “od püskürdü”: “Tüpürüm sizin əqidənizə, vicdanınıza!”

Şou

02 Sentyabr 2021 16:10 7543


Xalq artisti Bilal Əliyev ölüm xəbərinin yayıılması ilə bağlı danışıb.

Yenisabah.az-a mövzu barədə açıqlama verən sənətçi bu xəbərləri yayanları sərt tənqid edib:

“Bir neçə gündür “TikTok”da haqqımda ölüm xəbərlərimi yayırlar. Görün bunlar nə qədər vicdansız adamlardır. Belə insanlara ayıb olsun! Ölüb yerə girmirlər, nə işləri var, nə gücləri. Gedib işləmirlər, ailələrinin qeyrətini çəkmirlər. Sizin nəyinizə lazımdır ki, kimsə ölüb, ya sağdır?! Hansı vicdanın sahibisiniz ki, sağlam insan haqqında belə informasiyalar yayırsınız? Olmayan bir şeyi necə mətbuatda yaymaq olar? Təkcə mənim haqqımda yox, digər sənətçilər haqda da belə xəbərləri tirajlayırlar. Allah belə insanların öz doğmalarını, özlərini öldürsün ki, xalqın canı belələrindən qurtarsın. Belə insanlar ibnədirlər! Onlar insan deyillər, elə bil onları anaları doğmayıb, hardansa gəlib bu dünyaya düşüblər. Bu etdikləri insanlıqdan uzaq şeydir. Öz aləmlərində guya “mırt tuturlar”. Belə iyrənc şeyləri necə yazıb-pozursunuz anlamıram... Biz sizin kimi murdar insanları heç insan da saymırıq. Siz insanlıqdan uzaqsınız. Tüpürüm sizin əqidənizə, vicdanınıza! Başqasında nöqsan axtarırlar, kül sizin başınıza, şərəfsiz insanlar! Allah özü də görür ki, siz özünüz nöqsanın, səhvlərin bataqlığında batırsınız. Özünüzə qiymət qoymursunuz”. pizza hut

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Cavan Zeynallının da ölüm xəbəri yayılmışdı. Sənətçi açıqlama verərək yayılan xəbərlərin dezinformasiya olduğunu bildirmişdi. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • qurban bayramov
    Bu cür yalan məlumatları qəsd ilə yayır, deziformasiyalar görkəmli şəxsləri təhqir edir, onları əsəbiləşdirir, infarkt halına salırlar... Niyə bunun qarşısı alınmır? İndiki texniki imkanlar var ki, sosial şəbəkədəki belə xuliqanları aşkarlasın və cəzalandırılsın.. Məsələni bu istiqamətdə araşdırmaq lazımdır...
    5 years ago