"Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham edib.
Yenuisabah.az qaynarinfo-y istinadla xəbər verir ki, İttifaqının sədri Rasim Balayev xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib:
"Kinoya ayrılan və xərclənən pullar şəfaf olmalıdır. Məsələn, bu gün "Azərbaycanfilm"ə pul vermirlər. Niyə? O boyda studiya qalıb göz dağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə, bu açıqlanmalıdır. Əlisa düz deyir". Toyuqlu pizza
Sədrin sözlərinə görə, dövlət kino sahəsinə ayıran pul Mədəniyyət Nazirliyinin balansına köçürür:
"Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına. Biz kino çəkən deyilik, amma ayrılan pullar kino çəkənlərə, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq.
Bizi narahat edən əsas məsələ - Cəfər Cabbarlı adına kinostudiya uzun illərdir ki, boş dayanıb, ona pul ayrılmır. Niyə? Nə məqsəd var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bom-boş, 3-4 nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək".
Telegram kanalımız