Xalq artisti qonşusunu məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti qonşusunu məhkəməyə verdi

Şou

18 Sentyabr 2020 00:15 2110


Xalq artisti Zemfira Nərimanova qonşusunu məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, aktrisanın yaşadığı tarixi binanın konstruksiyasına zərər vura biləcək tikinti işləri aparılır. Binanın əsas divarlarının və kommunikasiya xətlərinin zədələnə biləcəyini görən aktrisa Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmədə onu vəkil Aynur Abdullayeva təmsil edir.

Bu barədə Z.Nərimanovadan münasibət öyrənilib. Xəbəri təsdiq edən Xalq artisti hazırda iş məhkəmədə olduğu üçün ətraflı məlumat vermək istəmədiyini bildirib. Marqarita pizza

Eyni zamanda, Zemfira xanım bu məhkəmə ilə bağlı yaxın günlərdə mətbuata geniş açıqlama verəcəyini qeyd edib.  /Kulis.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!