Xalq artisti reanimasiyadan xüsusi palataya köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti reanimasiyadan xüsusi palataya köçürüldü

Mədəniyyət

30 Yanvar 2025 18:38 551


İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan çıxarılaraq xüsusi palataya köçürülüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Ənvər Həsənovun vəziyyəti stabildir. pizza sifarişi

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində davam etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!