Xalq artisti Xankəndinə köçəcək

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Xankəndinə köçəcək

Şou

12 Noyabr 2020 14:08 1566


Xalq artisti Naibə Allahverdiyeva Qarabağa köçəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan aktrisa “Gedib Xankəndidə yaşayacağam” -, deyə bildirib. 

O, atasının fotosunu paylaşaraq arzusunun yerinə yetdiyini deyib:  pizza

“Əziz atam Cahid Hilal oğlu, sən 1956-cı ildə 28 mayda öz əllərinlə tikdiyin qızıl bayrağımızı Qız qalamıza asdın! Bu qəhramanlığına görə 10 il sürgündə əzablı günlər yaşadın, qayıtdıqdan sonra da öz amalından dönmədin, Azərbaycanmızın azadlığı arzusu ilə yaşadın! Dəfələrlə milislər tərəfindən döyüldüyünü və qan içində evə qayıdanda səni bu vəziyyətdə görəndə qorxduğumu görərək mənə “qorxma, ceyran bala” və gülə-gülə “aslanı yaralayıblar” deməyini heç zaman unutmaram! Sən Azərbaycanın azadlığı arzusu ilə yaşadın. İndi Azərbaycan bayrağı Ali Baş Komandanımızın və Ordumuzun şücaəti ilə Qarabağımızda dalğalanır. Məzarın Ağdam şəhərindədir. Ağdamın da azadlığa qovuşmağına az qalıb".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!