Xalq artisti xəstəxanadan evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti xəstəxanadan evə buraxıldı

Şou

04 Fevral 2025 11:20 159


Xalq artisti Ənvər Həsənov ötən gün Mərdəkanda müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova danışıb.

O bildirib ki, həkimlərlə məsləhətləşəndən sonra qərar alınıb ki, aktyor bir müddət müalicələrini evdə aparacaq.  Marqarita pizza

Yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiyaya şöbəsində daha sonra isə Reabilitasiya Mərkəzində davam etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!