Xalq artistindən tənqidlərə CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən tənqidlərə CAVAB

Şou

07 Avqust 2021 22:29 2078


Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevin vaksin vurdurması və bunu sosial şəbəkədə paylaşması tənqidlərə səbəb olub.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Ağayevin peyvənd olunmasını qınayıblar. Onlar əməliyyatdan yeni çıxan birinin vaksin vurdurmasına icazə olmadığını bildiriblər.

A.Ağayev açıqlama yayaraq bunları qeyd edib: Sezar pizza

"Peyvənd məsələsi ilə bağlı Türkiyədə olanda hələ əməliyyatlarım gedən ərəfədə həkimlərdən soruşdum ki, oluna bilərəm? İcazə verildi. Türkiyə vətəndaşı olmadığım üçün orada etdirə bilmədim. Gəlib Bakıda vaksin vurdurdum. Onkoloji xəstə sayılmadığım üçün həkim dedi problem deyil. Həkimimlə dönə-dönə məsləhətləşmişdim. Belə məhdudiyyətin olduğu deyilmədi. Delta variantından qorunmaq üçün peyvəndin mütləq olduğu bildirilib. Mən də həkimimin sözünü icra etdim".

Xatlrladaq ki, xalq artisti bir ay əvvəl üç dəfə əməliyyat olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!