Xalq artistinin ürəyi dayandı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin ürəyi dayandı

Mədəniyyət

09 Aprel 2021 16:08 2361


Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Müğənni Yenisabah.az-a açıqlamasında səhhətinin pisləşdiyinin doğru olduğunu deyib.

O, hazırda vəziyyətinin normal olduğunu bildirib: Toyuqlu pizza

“Vəziyyətim hazırda pis deyil. Sadəcə yaz ayıdır, hava dəyişir deyə əhval-ruhiyyəm də avtomatik dəyişir. Ancaq elə də pis deyil”.

Sevilən sənətkar ürəyinin dayandığını təsdiqləyib:

“Yazılanlar düzdür. Elə bir şey oldu, amma indi yaxşıyam. Massajı elə ediblər ki, qabırğalarım zədələnib. Mənim üçün narahat olan hər kəsi öpürəm, qucaqlayıram. Darıxmayın, hələ getməyimə çox var. Bir müddət də sizlərlə olacağam”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!