Xalq artistinin xanımı koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin xanımı koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi - Foto

Şou

17 Sentyabr 2020 23:20 1425


Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi Anna Netrebko koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb. Daha əvvəl Covid-19 testi neqativ çıxsa da, özünü təcrid edən Netrebko xəstəxanaya yerləşdirilib.

“Mən artıq 5 gündür kovid pnevmoniyası diaqnozu ilə xəstəxanadayam və tezliklə sağalacam. Xəstəxanaya vaxtında gəlmişəm və mənə kömək göstərilir. Hər şey yaxşı olacaq!”, - deyə müğənni yazıb. pizza mizza

Onun sözlərinə görə, həyat yoldaşı Yusif Eyvazovun antikorları var:

“Necə olubsa, o bu xəstəliyi keçirib və hazırda ətrafdakılar üçün tamamilə təhlükəsizdir”.

Anna Netrebko koronavirusun heç də təsvir edildiyi kimi dəhşətli olmadığını da bildirib.  /Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!