Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev işlədiyi mədəniyyət ocağının Akademik status almamasından gileylənib.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə status yazıb.
"Keçən mövsüm Mehriban xanım Ələkbərzadənin bizim teatrda hazırladığı "V.X.A" tamaşasının məşqləri fasiləsiz, naharsız 8, bəzən də 10 saata yaxın davam edirdi. Düzdür, nəticə çox uğurlu və ürəkaçan oldu. Tamaşaçılar 4 saatdan artıq davam edən tamasanı çox rahat və sevərək qarşıladılar. Bu öz yerində. Məni bir məsələ düşundürür. Çox çətin və gərgin iş rejimində işləyən və uğurlar qazanan bu teatrın hələ də heç bir statüsü yoxdur? Məsələn, Milli, Akademik və s. Axı, nəyə görə yoxdur?"
Həmin teatrın aparıcı aktrisalarından biri, Xalq artisti Naibə Allahverdiyeva da həmkarına dəstəyini ifadə edib:
"Gənc Tamaşaçılar Teatrının tamaşalarının 90%-i Akademik səviyyədə olan tamaşalardır. Hətta elə olub ki, başqa teatrların rejissorları bizim tamaşalardan bəhrələniblər, o üslubda öz teatrlarında tamaşa qoyublar. Gənc Tamaşaçılar Teatrı çoxdan Akademik statusa layiqdir və bu həm maddi, həm mənəvi cəhətdən aktyorlarımıza dəstəkdir. Çünki Akademik statusu olan teatrın aktyorları bizim aktyorlardan qat-qat artıq maaş alırlar. Sağlıqlarına qismət. Sözün açığı, teatrımızın heç bir statusa malik olmaması məni incidir".
Telegram kanalımız