Xalq artistləri küsülülüyə son qoydular -   Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistləri küsülülüyə son qoydular - Video

Şou

09 Mart 2021 10:15 1203


Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova uzun illərdir davam edən küsülülüyə son qoyublar.

Yenisabah.az xəbər verir ki, barışıq ötən gün Aygünün səhnə aldığı restoranların birində baş tutub. Beynəlxalq Qadınlar Günü ilə bağlı mini konsert verən pop ulduzu izləyənlər arasında B.Dadaşova və oğlu Cahad Hacıyev də olub.

Kazımova “Mən Aygünəm” adlı mahnısını ifa edərkən 8 ilə yaxındır ki, danışmadığı həmkarının masasına yaxınlaşıb. O, Dadaşovanın dostları və oğlu Cahadla görüşüb, Xalq artistinə barışıq jesti edib. Bundan sonra Brilliant ayağa qalxıb, gecə boyu Aygünlə birlikdə rəqs edib. Toyuqlu pizza

Qeyd edək ki, tərəflər arasında qalmaqal 2013-cü ildə baş verib. Bu, Dadaşovanın illərdir rəfiqəsi olan Aygün haqqında “Biz heç vaxt yaxın olmamışıq” açıqlamasından sonra başlayıb. Daha sonra Brilliant həmkarının Türkiyədə mükafatlandırma mərasiminə namizəd olması barədə post paylaşıb, Xalq artistini ələ salıb. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər. A.Kazımova, hətta Dadaşovanın qeyri-etik şəklini instaqramda paylaşıb. Brilliant isə Aygünün bu məsələ ilə gündəmdə qalmaq istədiyini bildirib./Qafqazinfo

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!