“Xalq Bank”ın problemli kreditləri 93 milyon manata çatdı

“Xalq Bank”ın problemli kreditləri 93 milyon manata çatdı

İqtisadiyyat Veb saytların hazırlanması

06 Sentyabr 2023 08:07 1500


“Xalq Bank”ın  problemli kreditləri 2023-cü ilin ilk yarısında 92,8 milyon manata çatıb. 

“Yeni Sabah”ın araşdırmasına görə, bu, ilin əvvəli ilə müqayisədə 47,1% və 29,7 milyon manat çoxdur.  2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 63,1 milyon manat təşkil etmişdi. 

Problemli kreditlərin 85,5 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 56,9 milyon manat), 3,3 milyon manatı istehlak kreditlərinin (ilin əvvəlində 2,98 milyon manat) və 4,1 milyon manatı (ilin əvvəlində 3,3 milyon manat) isə daşınmaz əmlak kreditlərinin payına düşüb. 

Bu dövrdə bankın vaxtı ötmüş biznes kreditləri 50,3%, istehlak kreditləri üzrə 8,7%, daşınmaz əmlak üzrə isə 25% artıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!