“Mən bir müddət əvvəl də bildirmişdim ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda qərar verilən gün Azərbaycan Xalq Hərəkatında parçalanma baş verəcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Abbas Məhərrəmli deyib. O, bildirib ki, doğrudur, növbədənkənar seçkilər hələ təyin olunayıb, amma hərəkatda yaranan və dərinləşən ziddiyyətlərin kökündə də həmin müzakirələr dayanır: “Diqqət edin, hərəkatın bir qütbündə seçkilərdə iştiraka meylli olan, özünü, partiyasını Milli Məclisdə görən təşkilat və siyasətçilər, digər qütbündə isə özlərini keçmiş daxili işlər naziri İsgəndər Həmidovun “işçi”ləri kimi aparan qrup var. O qrupdakılar danışanda da bütün nəzərləri Həmidovun üzündə olur.
Ona görə də, hesab edirəm ki, Hərəkatın parçalanmasının rəsmiləşməsi zaman məsələsidir. Hər kəs görür ki, Hərəkatın daxilində çox az sayda müstəqil fiqur var, qalanları yalnız icraçılardır. pizza
Onların arasında elə partiya sədrləri var ki, yuxudan oyatsan, öz partiyasının adını da xatırlamayacaq. Amma danışanda elə iddialı olurlar ki, sanki ildə iki dəfə qurultay keçirirlər”.
Telegram kanalımız