Bu gündən etibarən Azərbaycan ərazisində məhdud sosial izolyasiya tədbirləri tətbiq olunur.
“Yeni Sabah” bildirir ki, müstəqillik dövründə ölkəmizdə tətbiq olunan ilk bu cür hadisədir. Bu bir mənada ölkədə ümumi səfərbərlik də adlandırıla bilər.
Xüsusi olaraq qeyd edək ki, bu tədbirlər məhdud miqyasda, yalnız kütləvi tədbirlərə şamil olunur. Və əsas qayəsi ölkə əhalisinin kütləvi xəstəlikdən qorunmasıdır. Gündəlik ərzaq və tələbat məhsullarının satışının təşkilində hər hansı məhdudiyyət yoxdur və olmayacaq. Sezar pizza
Xəstəlik yayılandan bu günə qədər olan müddətdə Azərbaycan xalqı proseslərə adekvat reaksiya verib. Ölkəmizdə koronavirusla bağlı hər hansı ajiotaj müşahidə olunmayıb, əhali səbrli davranıb, qaydalara riayət edir.
Xatırladaq ki, Ukraynada insanlar Çindən gələn həmvətənlərini gətirən təyyarəyə hücum etmişdi, bir çox ölkələrdə, hətta inkişaf etmiş ABŞ, Avropa ölkələri və Türkiyədə belə əhali təşvişə düşərək marketlərdən əzaq almağa başlayıb və böyük marketlərdə boşluq yaranıb.
Lakin bizdə bu cür kütləvi təşviş halları hələ ki, yoxdur və bu xalq olaraq bizim üçün müsbət hadisədir. Eyni zamanda bu, insanların ərzaq təminatıvə sair məsələdə dövlətə güvəndiyinin əlamətidir.
Onu da qeyd eedək ki, ölkədə ərzaq təhlükəsi də gözlənilmir. Azərbaycanda ərzaq təminatının böyük hissəsi yerli istehsal hesabına təmin olunur, əlavə olaraq idxal da davam edir. Azərbaycanda ilk hadisə olsa da, bu cür situasiyalar daha əvvəl bir çox ölkələrdə müşahidə olunub, keçici bir mərhələdir.
30 ildir müharibə riski ilə yaşayan ölkəmizdə kütləvi qorxu və təşvişin olmaması Azərbaycan xalqının yetkin, intizamlı və hər cür fors-major situasiyalara hazırlı olduğunu göstərir.
Telegram kanalımız