Xalq şairi qiymət artımından danışdı:   “Onlar mütləq cəzalandırılmalıdır!“

saytların hazırlanması

Evə çatdırılma

Xalq şairi qiymət artımından danışdı: “Onlar mütləq cəzalandırılmalıdır!“

Mədəniyyət

20 Yanvar 2022 16:16 4008


“Bahalaşma bütün dünyada müşahidə olunur. Lakin bu bahalaşmadan istifadə edib süni qiymət artımı edənlər də var”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq Şairi Vahid Əziz söyləyib. O, qiymətlərdən tam xəbərdar olmadığını da bildirib:

“Mən marketə getmədiyim üçün heç nədən xəbərim yoxdur. Lakin bilirəm ki, bahalaşma bütün dünyada müşahidə olunur. Buğda, un hər yerdə bahalaşıb. Azərbaycanda bu qiymət artımı ilə uyğunlaşmalıdır. pizza hut

Bahalaşmadan istifadə edib, süni qiymət artımına əl atanlar da var. Onlar mütləq cəzalandırılmalıdır. Bilirəm ki, cəzalarını alacaqlar”.

V.Əziz pensiyalar haqqında da danışıb:

“Hələ ki, keçən ilin pensiyaları verilir. Bu ay yəqin ki, mənim pensiyamda da artım olmayacaq. Növbəti ayı isə bilmirəm artım olacaq ya yox”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!