“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma 

saytların hazırlanması

Evə çatdırılma

“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma 

İqtisadiyyat

08 Avqust 2023 10:16 3948


2023-cü ilin ilk yarısında "Xalq Sığorta" şirkətinin topladığı sığorta haqları 12,04 milyon manat təşkil edib.

"Yeni Sabah"ın məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 37,5% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 7,24 milyon manat olub. 2022-ci ilin birinci yarısında "Xalq Sığorta" 19,3 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

Yığımların kəskin azalması fonunda sığorta şirkətinin ödənişləri cüzi azalıb. "Xalq Sığorta"nın sığorta ödənişləri 2022-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin altı ayında 2,1% və ya 261 min manat azalaraq 11,9 milyon manata enib. 2022-ci ilin ilk yarısında bu rəqəm 12,2 milyon manat təşkil edib.  Marqarita pizza

Nəticədə sığorta şirkətinin zərərliliyi (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin ilk yarısında "Xalq Sığorta" topladığı hər 100 manatdan 63,2 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 99 manat təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!