“Xalq Sığorta”da geri sayım davam edir - Yığımlarda 1,3 milyon manatlıq itki 

saytların hazırlanması

Evə çatdırılma

“Xalq Sığorta”da geri sayım davam edir - Yığımlarda 1,3 milyon manatlıq itki 

İqtisadiyyat

03 İyun 2024 09:50 1048


2024-cü ilin  yanvar-aprel aylarında “Xalq Sığorta” şirkətinin sığorta yığımları 15% azalaraq 7,56 milyon manat təşkil edib.

“Yeni Sabah”ın məlumatına görə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 1,3 milyon manata bərabər olub. Ötən ilin yanvar-aprel aylarında “Xalq Sığorta”nın yığımları 8,8 milyon manat olmuşdu.

Bu ilin ilk dörd ayında “Xalq Sığorta”nın sığorta ödənişləri isə 3,98 milyon manat təşkil edib ki, bu da 2023-ci ilin eyni dövrünə nisbətən 4,3 milyon manat azdır.  Dominos pizza

Bu dövrdə sığorta ödənişlərinin yığımlara nisbətən daha kəskin azalması onun zərərliliyinə müsbət təsir edib. 2023-cü ilin ilk dörd ayında “Xalq Sığorta” topladığı hər 100 manatın 93,4 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 52,6 manata enib. 

Sözügedən azalma tendensiyası ilə əlaqədar “Xalq Sığorta”nın Biznesin inkişafı idarəsinin müdiri Altun Şabanov Yenisabah.az-a bildirib ki, şirkətin könüllü sığorta məhsullarına daha çox fokuslanması ilə bağlıdır:

“Biz özümüz daha çox könüllü sığorta məhsullarına fokuslanmışıq. Hazırda könüllü sığorta məhsullarının portfellərinin optimallaşdırılması gedir. “Xalq Sığorta” olaraq, strategiyamızı bu yöndə formalaşdırmışıq. Əsas məqsədimiz daha çox sığorta yığmaq yerinə, daha zərərsiz portfellərə yönəlməkdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!