Müğənni Səidə Sultan və Niyam Salami karantin qaydalarını pozur.
Yenisabah.az xəbər verir ki, "Evdə qal, cəmiyyəti qoru" şüarını yanlış anlayan sənətçilər yenidən dostları ilə bir araya gəliblər. Tez-tez bir-birinin evinə qonaq gedən sənətçilər görüntüləri sosial şəbəkədə paylaşaraq "Koronavirusun axırıncı cümə axşamına yığışmışıq" - deyə şərh yazıblar.
Onların bu paylaşımı izləyiciləri qıcıqlandırıb, onların bəziləri ifaçıları karantin qaydalarını pozmaqda ittiham edib və Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabını paylaşıma işarələyiblər. Dominos pizza
Qeyd edək ki, Martın 30-da Operativ Qərərgahın verdiyi qərara əsasən karantin rejim daha da sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyulub.
Telegram kanalımız