“Xalqımızın gözü güləşçilərdədir“ - Hacı Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Xalqımızın gözü güləşçilərdədir“ - Hacı Əliyev

İdman

27 İyul 2021 18:46 1244


"Bütün xalqımızın, millətimizin gözü güləşçilərdədir. Həmişə güləşçilər axıra qalır və gözəl nəticə göstərirlər".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib.

3 qat dünya və 3 qat Avropa çempionu yenə olimpiadada uğurla çıxış edəcəklərinə inam ifadə edib: "Olimpiadaya tam heyətlə yollanmasaq da, güclü idmançılarla qatılırıq. Məncə, gözəl nəticə göstərəcəyik. Çünki həqiqətən də çox yaxşı məşqlər etmişik, böyük əziyyət çəkmişik. İnanıram ki, çəkdiyimiz əziyyət yerdə qalmayacaq". Marqarita pizza

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 iyulda olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!