“Xalqın mühakiməsinə verilməliyəm” - Paşinyan 

saytların hazırlanması

Evə çatdırılma

“Xalqın mühakiməsinə verilməliyəm” - Paşinyan 

Siyasət

16 Noyabr 2020 11:52 2031


“2018-ci ilin yazında qeyd-şərtsiz əraziləri qaytarmaq formulundan söhbət Qarabağla bağlı danışıqların “qırılma nöqtəsi” oldu”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün onlayn formada keçirdiyi mətbuat konfransında deyib.

O daha sonra deyib ki, baş verənlərə görə məsuliyyət daşıyan bir nömrəli şəxs özüdür. “Baş verənlərə görə məsuliyyət daşıyan bir nömrəli şəxs mənəm. Bu, birmənalıdır. Başa düşürəm, şərti olaraq xalqın mühakiməsinə verilməliyəm. Amma hakim – xalq – baş verənlərin bütün tərəflərindən xabərdar olmalıdır. Ordu, müxalifət və hökumətlə dialoq olmalıdır”, - deyə Paşinyan bildirib. Pepperoni pizza

Ermənistanın Baş naziri əlavə edib ki, Qarabağla bağlı danışıqların məntiqini dəyişə bilmədiyi kimi, Ermənistanın “müqaviməti”ni artıra bilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!