“Xalqın qanını içməyə son qoyulmalıdır” –Asim Mollazadə 

saytların hazırlanması

Evə çatdırılma

“Xalqın qanını içməyə son qoyulmalıdır” –Asim Mollazadə 

Siyasət

08 May 2020 10:47 1099


“Prezident icra strukturlarının nümayəndələrinə öz mövqeyini və siyasətini anladıb. Əgər buna məhəl qoyulmursa, deməli, bu kateqoriyadan olan məmurlar təmizlənməlidir”. 

Bu sözləri Yenisabah.az-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə icra başçılarının həbsinə münasibət bildirərkən deyib.

DİP sədri əlavə edib ki, məmurlar dövrün yeni tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. “Rüşvət və korrupsiyaya məmur özbaşınalığına, xalqın qanını içməyə son qoyulmalıdır. Belə adamlara Azərbaycan dövlətində yer yoxdur. Mən inanmıram ki, onlar dəyişsinlər, yeni tələblərə uyğun fəaliyyət göstərsinlər, qanunsuz əməllərinə son qoysunlar. Ona görə də bu kateqoriyadan olan məmurlar müstəqil Azərbaycanda böyümüş, vətəni sevən, gənc və savadlı kadrlarla əvəzlənməlidir”, - deyə Asim Mollazadə vurğulayıb. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!