“Xalqına, şəhidlərinə yanmayan, orasını-burasını oynadanları toylara aparıb...”

saytların hazırlanması

Evə çatdırılma

“Xalqına, şəhidlərinə yanmayan, orasını-burasını oynadanları toylara aparıb...”

Şou

18 İyul 2020 15:03 1559


"Mən şəhidlərimiz haqqında oxuyanda deyirdilər ki, Elnarə mərsiyə oxuyur. Xalqıma, şəhidlərimizə canım yanıb oxuyanda mənə uzun illər mərsiyəxan deyirdilər”

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva deyib. İfaçı bu gün bir çoxlarının görüntü üçün özlərini vətənpərvər kimi göstərdiklərini bildirib:

“Şəhidlərimizə görə bir daha öldük, dirildik. Mən şəhidlərimiz haqqında oxuyanda deyirdilər ki, Elnarə mərsiyə oxuyur. Xalqıma, şəhidlərimizə canım yanıb oxuyanda mənə uzun illər mərsiyəxan deyirdilər. Elinə-obasına yanan adama belə deyərlər? Amma xalqına, şəhidlərinə yanmayan, orasını-burasını oynadanları toylara aparıb dedilər ki, guya bunlar Elnarədən yaxşı oxuyur. Ay qardaş, mən bilirdim nə oxuyurdum. Bunu hamınız etməliydiniz. Otuz ildir dərd içindəyik və bilinməliydi ki, bu xalq qeyrətsiz deyil. Marqarita pizza

Mən mərsiyə oxumurdum, xalqın öləninin-qalanının dərdini çəkirdim, nə olsun ki, cavan idim. Bu gün yalandan əyinlərinə əsgər forması geyiniblər, guya bunlar nəsə edəcəklər. Adama deyərlər sən neyləyəcəksən? İnsan dövlətinə, millətinə yanmağı əməliylə, işiylə göstərməlidir, geyimiylə deyil. Bir kəlmə oxusunlar bu millətin yananına, şəhidinə oxşasınlar görək hələ. Ona görə oxşamırlar ki, sabah deyəcəklər ki, mərsiyəxandı, toya aparmayacaqlar. Yenə də belələri öz qazanclarını düşünürlər. Amma mən pul fikirləşməmişəm, şəhidlərimizə görə hər dəfə ölüb-dirilirəm”.  /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!