Xamenei 3458 məhkumu əfv etdi

saytların hazırlanması

Evə çatdırılma

Xamenei 3458 məhkumu əfv etdi

Rəsmi

24 Oktyabr 2021 11:29 1579


İranın ali rəhbəri Əli Xamenei bir sıra məhkumların əfv edilməsi və cəzalarının yüngülləşdirilməsi barədə əfv fərmanı imzalayıb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, İranın ali rəhbəri bu fərmanı Məhəmməd Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) doğum günü münasibəti ilə imzalayıb.

Fərman 3458 məhkuma şamil ediləcək. pizza hut

Ümumi və İnqilab Məhkəmələri, Silahlı Qüvvələrin Ədliyyə Sistemi və hökumət tərəfindən barələrində sanksiya tətbiq edilmiş 58 məhkum da əfv olunanlar sırasındadır.

Qeyd edək ki, əfv təklifi İran Ədliyyə Sisteminin rəhbəri Mohsin Ejei tərəfindən irəli sürülüb.

Amnistiya və Əfv üzrə Mərkəzi Komissiya təklifin İran rəhbəri tərəfindən təsdiq edildiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!